Bakıda üç avtomobil toqquşdu: Xəsarət alanlar var — FOTO

HADİSƏ 31 dek 2022, 09:51
Bakının Sabunçu rayonunda üç avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsinin Əli Kərim küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai”, “Niva” və “KIA Sorento” markalı avtomobillər toqquşub, “Hyundai” və “Niva” markalı maşınların sürücüləri xəsarət alıblar.

Avtomobillər cərimə meydançasına aparılıb.

Hadisənin təfərrüatı araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top