“Ermənilərin təxribatları tükənməyəcək” — Sabiq deputat

GÜNDƏM 28 dek 2022, 21:18
“Ermənilər həmişə təxribatlar seriyası ilə məşğul olublar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd  Nuriyev Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasına qarşı Xankəndidə olan separatçıların təşkilatçılığı ilə keçirilən aksiyaya münasibət bildirərkən deyib. Sabiq deputat qeyd edib ki, ermənilər bundan sonra da təxribatlarını davam etdirəcəklər:

“Onlar bu aksiya ilə dünyanın diqqətini cəlb etməyə çalışırlar.  Bu yolla diqqət cəlb etmək istəyirlər ki, Azərbaycan tərəfi bunları buraxmır. Bununla da, hay-küy salmaq istəyirlər. Azərbaycan heç vaxt deməyib ki, bu yoldan mülki şəxslər gəlib keçməsin. Lap gəldilər onlar Xankəndinə, qışqırıq salacaqlar və yenə qayıdacaqlar geri. Onlar daha da gəlib gedəndən sonra orada yaşayan  ermənilər onların heç bir şey eləyə biməyəcəklərinə tam əmin olacaqlar. Bu da Qarabağda qalan 5-6 erməninin də getməsiylə nəticələnəcək.  İkincisi də, inanmıram ki, ermənilər haradasa ora bir böyük kütləvi şəkildə maşınlarla gəlsin. Ola bilər 10-15 maşın gəlsin. Paşinyan da MDB görüşündə hay-küy saldı, amma Putin onunla görüşdə bir dəfə də olsun “Dağlıq Qarabağ” sözünü işlətmədi. O bildirdi ki, Cənubi Qafqazda məsələlər həll olunmalıdır və Azərbaycan-Ermənistan münasibətləri qaydaya salınmalıdır. Qarabağdakı ermənilərlə bağlı məsələlər öz həllini tapmalıdır. Təbii ki, bundan sonra da ermənilərin həyata keçirə biləcəyi təxribatları tükənməyəcək. Bunlar hər cür fikirdən istifadə edirlər. Gah Paşinyanı türk adlandırırlar, rusları da satqın. Ona görə də, belə şeylərə fikir verməyə ehtiyac yoxdur”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top