Naxçıvanda böyük tədbir planlaşdırırıq — Mikayıl Cabbarov

İQTİSADİYYAT 28 dek 2022, 11:47
2023-cü ildə Biznesin İnkişafı Fondunun fəaliyyətinin genişləndirilməsi, yeni alətlərin ərsəyə gətirilməsini qarşıya hədəf kimi qoyulub.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdim etmə mərasimində deyib.

"İndiyə qədər əsas alətimiz olan Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərin tətbiq edilməsi olub. Sahibkarlığın İnkişafı Fondu minlərlə layihəni əhatə edir, lakin bir alətlə çalışması bu günün tələbinə uyğun deyil. Bu nöqteyi nəzərdən biz Azərbaycan iqtisadiyyatının tələbinə uyğun olaraq bir sıra maliyyə alətlərini ərsəyə gətirəcəyik. Bununla bağlı, gələn ilin birinci rübündə təqdimat keçirəcəyik", - M.Cabbarov deyib.

Nazirin sözlərinə görə, Fond vasitəsi ilə həm dəstək tədbirlərini, yəni, qrant xarakteri daşıyan alətləri, həm dayanıqlı, özü-özünü güzəştli şərtlərlə sahibakların bazarda əldə edə bilmədiyi ancaq ehtiyac duyduğu alətlərin tətbiqi nəzərdə tutulur.

"Hesab edirəm ki, biznes mühiti sahəsində irəliləməkdə davam edirik. Son illər ərzində sahibaklarla dövlət qurumları arasında dialoqun keyfiyyəti tamamilə yeni müstəviyə çıxııb. Yeni iqtisadiyyat yeni alətlər tələb edir", - M.Cabbarov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top