Oğlu Yalçın Rzazadənin vəsiyyətini açıqladı

MƏDƏNİYYƏT 28 dek 2022, 00:13
Mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə atasının son vəsiyyətini açıqlayıb. 

Axşam.az xəbər verir ki, bu haqda "O üz" verilişində danışan Mətin atasının yolunu davam etdirəcəyini açıqlayıb:

"Atam iki il dövlətin dəstəyi ilə Türkiyədə müalicə olundu. Dünyasını dəyişməzdən 3 ay əvvəl mənə zəng vurdu. Gecə saat 10 idi. Dedi ki, niyə oxumursan, üzərində işləmirsən? Atam müalicə alan ərəfədə oxumağı atmışdım. Dedi ki, üç mahnı göndərəcəyəm və oxu. Onları heç yerdə eşitməmişdim. Son vəziyyəti o oldu ki, sınma, qırılma, möhkəm ol və hər şey yaxşı olacaq. Anası dünyasını dəyişəndə Yalçın müəllim qastrol səfərində idi. Ona deməmişdilər, gəldi öyrəndi və uzun müddət sənətinə ara verdi. İstəmədi ki, mən də o, dünyasını dəyişəndən sonra oxumağa ara verim".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top