Ruslar Xersondakı doğum evini hədəfə aldılar — FOTO

REGİON 27 dek 2022, 23:35
Rusiya qoşunları növbəti dəfə Xersonu atəşə tutublar. 

Demokrat.az
UNİAN-a istinadən xəbər verir ki, hücum zamanı işğalçılar Xerson şəhər xəstəxanasının binasına ziyan vurublar.

Xersonlu jurnalist Konstantin Rıjenkonun sözlərinə görə, xəstəxananın doğum şöbəsi atəşə tutulub.

“Fotodan görünür ki, xəstəxana binasına ciddi ziyan dəyib. Otağın pəncərələri sındırılıb. Damın və divarların dağılmasını da görə bilərsiniz”.

Prezident Aparatı qeyd edib ki, bu gün həmin xəstəxanada iki uşaq dünyaya gəlib. Həkimlər ruslar hücum etməmiş qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. İndi şöbədə doğuşdan sonra 5 qadın qalıb.

Prezident Aparatının rəhbəri Andriy Yermak əlavə edib ki, xoşbəxtlikdən itki yoxdur.


Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top