Bakıda xeyli partlayıcı pirotexniki vasitə aşkarlanıb — FOTOLAR

KRİMİNAL 27 dek 2022, 17:19
Sağlamlığa zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Demokrat.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Suraxanı, Sabunçu rayonlarında keçirdikləri tədbirlərlə müxtəlif çeşidlərdə 14000 artıq yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top