“Qarabağdakı ermənilərin bir çıxış yolu var, bu da...” — Açıqlama

SİYASƏT 26 dek 2022, 13:22
“Xankəndidə keçirilən mitinq bir daha onu göstərdi ki, orada yaşayan ermənilər bir qrup vardanyanların, arutyunyanların və digərlərinin əlində girovdurlar. Xarici qüvvələrin əlində “peşka” olan bu dələduz qrup həmin sadə erməniləri öz oyunlarında alətə çevriblər. Bunu aksiyada iştirak edən insanların baxışından, sabah olan ümidsizliyindən də açıq-aydın hiss etmək olurdu. Onlar çarəsizlikdən aksiyaya qoşulublar. Kimisi qorxudan, kimisi də pulla...”

Bunu “Ölkə.Az”a açıqlamasında sabiq deputat Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, artıq Qarabağda yaşayan sadə ermənilər özləri də oyunun qurbanları olduğunu dərk etməkdədir. 

“İstər xarici qüvvələrin əllərində alət olub, aksiyanı təşkil edən revanşist qüvvələrin özləri, istərsə də sadə ermənilər də hansı qorxulu oyunda alət olduqlarını dərk edirlər. Çünki yaxşı anlayırlar ki, bu, sonu olmayan və acı nəticələrə sürükləyən bir oyundur. Uduzan və itirən tərəf ancaq və ancaq ermənilər olacaq”, - o qeyd edib.

Qənizadənin fikrincə, Qarabağdakı ermənilərin üzləşdiyi vəziyyətdən ən yaxşı və uduşlu çıxış yolu var: “Bu da Azərbaycana reinteqrasiya edib, vətəndaşlığını qəbul etməkdən keçir. Bunun əksi bütün hallarda erməniləri sonu olmayan faciələrə sürükləyir. İstər Qarabağda yaşayan ermənilər, istərsə də Ermənistan bu istiqamətdə nə qədər tez konkret addım atsalar, udan tərəf olacaqlar. Əks halda isə onları üzləşəcəyi acı faciələrdən heç xarici havadarları belə, xilas edə bilməycək. Əslində, heç havadarları üçün də ermənilərin hansı faciə ilə üzləşməsinin elə bir əhəmiyyəti yoxdur. Onlar ermənilərin taleyi və ya necə yaşaması deyil, Cənubi Qafqazda maraqlarını təmin etmək düşündürür. Ona görə də hesab edirəm ki, sadə ermənilər özlərində vardanyanlara, arutyunyanlara və digər revanşist avantüristlərə özlərində cəsarət tapıb “yox” deməyi bacarmalıdırlar. Həmin dələduz avantüristlərdən özlərini xilas edib, öz normal gələcəklərini müəyyən edən həyat qurmaq istiqamətində konkret addımlar atmalıdırlar. Bunun yolu isə Qarabağda yaşayan ermənlilərin Azərbaycana reinteqrasiyasından, Ermənistanın isə Bakının şərtlərinə uyğun sülh sazişini imzalanmasından keçir.

Bu cür metodlarla Azərbaycan təzyiq etmək və yaxud hansısa məkrli planları həyata keçirmək mümkün olmayacaq. Bu oyunların hamısı fiaskoya uğrayacaq. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycana yönəlik bütün çirkin oyunlar ifşa ediləcək və məğlubiyyətə düçar ediləcək. Biz nəinki Xankəndidə, eyni zamanda cənab Prezidentin bəyan etdiyi kimi Qərbi Azərbaycanda da üçrəngli bayrağımızın dalğalanmasına nail olacağıq. Qoy ermənilər bu işğalçılıq siyasətinin acı dərslərindən nəticə çıxarıb, gələcəyə düzgün baxmağı müəyyən etsinlər. Bunun yolu isə bir daha qeyd edirəm ki, Bakının şərtlərinə qəbul edib Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaqdan keçir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top