"Qardaşım mənim evimdə qalmaq istəmir"

ŞOU-BİZNES 25 dek 2022, 00:22
"Mənə qardaşım kömək edir, maşını sürür. Ona deyirəm ki, bizdə qal. Cavab verir ki, sizdə qala bilmirəm: evdə ayaqqabılı gəzmə, səs gəlməsin, gecə 3-də televizor işləməsin. Özümə baxıram ki, mən nə gündəyəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Xəbər-ətər" verilişində deyib. Qardaşından danışan müğənni mənfi xüsusiyyətlərini açıqlayıb. O bildirib ki, qardaşı onun evində qalmaq istəmir:

"Qardaşım deyir ki, sizdə qaydalar sərtdir, sizin evdə qalmaq istəmirəm".
Tünzalə ünvanına yazılan tənqidlərə də münasibət bildirib:

"Səhnə adamı üstünə enerji götürür: biri xoş, biri pis baxır. Kimsə sənə yalançı deyir... Fərqli insanlar var. Kim səni necə görmək istəyirsə, elə də görəcək. Ona hesabat verməyəcəksən ki... Mənə sual verəndə ki, haqqınızda deyilən sözlərə fikriniz... Deyirəm, kim səni necə görmək istəyirsə, elə də görəcək. Hesabat sənin vicdanın, bir də başında duran Allahdır. Əsas odur səhvlərini anlayasan. İnsan yaşa dolduqca səhvlərini daha çox görür".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top