Limitin yenilənməsi ilə bağlı “Azəriqaz”dan açıqlama — VİDEO

SOSİAL 24 dek 2022, 12:15
Qaz limitinin yenilənməsi ilə bağlı SOCAR "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlama verib.

Demokrat.az
xəbər verir ki, şöbə rəisi bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə artıq smart kart sayğaclarda limitlərin yenilənməsi avtomatik həyata keçirilir:

"Hazırda Azərbaycanda smart kart sayğacdan istifadə edən abonentlərin sayı 1 milyona yaxındır. Yəni o abonentlərin limiti ayın birinə keçən gecə həll olunacaq. Qalan 1,4 milyona yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”.

Həmin açıqlamanı təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top