ATXƏM sədri Azərbaycan Prezidentini təbrik etdi

SİYASƏT 24 dek 2022, 10:14
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq  sədri İlham İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

 Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident! 

Sizi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi adından və şəxsən öz adımdan ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə can sağlığı, uzun ömür arzulayıram.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər xalqımızın tarixində abadlıq-quruculuq, iqtisadi inkişafla yanaşı, həm də itirilmiş torpaqlarımızın geri alınması, Zəfər və Qalibiyyət günləri ilə yaddaşlarda qalacaq.

Bütün bu uğurların qazanılması apardığınız müdrik siyasətə, qarşılıqlı diplomatik münasibətlərə və Sizin liderlik xüsusiyyətlərinizə əsaslanır.

Ölkəmiz bu gün regionda əsas söz sahibi ölkələrdən biri olaraq, həm də bölgədə sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı kimi, örnək bir ölkəyə, əsas güc mərkəzinə çevrilmişdir.

İki il əvvəl 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi qazandığınız böyük Zəfər yalnız Azərbaycanın deyil, bütün Türk xalqlarının tarixində şərəfli bir Qalibiyyət, Onur və Qürur günü olmuşdur.

Türk birliyinə təmənnasız xidmətiniz, Türk Birliyi və Türk xalqlarının  diaspor təşkilatları ilə bağlı görülən bütün işlərdə əsas təşəbbüskarlardan biri kimi çıxış etməniz Sizi və ölkəmizi Türk Birliyinin möhkəmlənməsində, real birliyinin yaranmasında əsas  liderlərdən birinə çevirib.

Türk xalqlarının ortaq diaspora quruculuğu, onların eyni hədəflər uğrunda mübarizə aparmalarının vacibliyi də Sizin tərəfinizdən daima təşviq olunub, bu istiqamətdə vacib təşəbbüslər dəstəklənib.

Rəhbərlik etdiyim Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də Azərbaycan və Türk xalqlarının diaspor təşkilatları ilə əlaqələrin qurulmasında, ortaq layihələrin həyata keçirilməsində Sizin bu istiqamətdə verdiyiniz “yol xəritəsinə” əsaslanıb və bu siyasəti davam etdirməkdədir. 

İnanırıq ki, tarixdə hər zaman olduğu kimi bu gün də Azərbaycan Türk dünyasının əsas mərkəzi, ilhamverici bir üzvü olacaqdır.

Möhtərəm Prezident, fürsətdən istifadə edib Sizi bir daha təbrik edir, Sizə uğurlar arzulayıram”.

İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top