Türkiyənin Suriya əməliyyatı ABŞ komandirini qorxutdu: Türklərin girməsinin...

REGİON 23 dek 2022, 14:19
Türkiyənin Suriyaya qarşı mümkün əməliyyatı beynəlxalq ictimai rəyin gündəmindən düşmür. Prezident Ərdoğanın Tel Rıfat və Mənbiçə hərbi əməliyyat siqnalı verməsindən sonra danışan ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı Maykl Erik Kurilla Türkiyənin Suriya əməliyyatının qarşısının alınması lazım olduğunu müdafiə edərək, “Burada gərginliyin azaldılması və türklərin girməsinin qarşısını almaq üçün ediləcək hər şey çox böyükdür vacibdir" dedi.

Demokrat.az
xəbər verir ki, PKK/YPG terror təşkilatına dəstəyi ilə tanınan ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı Maykl Erik Kurilladan çox mübahisəli açıqlamalar gəlib. ABŞ-ın Yaxın Şərqdəki ən böyük adı olan Kurilla, Türkiyənin Suriya əməliyyatının qarşısının alınması lazım olduğunu müdafiə edərək, "Burada gərginliyin azaldılması və türklərin girməsinin qarşısını almaq üçün ediləcək hər şey çox vacibdir" dedi.

MÜMKÜN ƏMƏLİYYƏTƏ QARŞI İŞİD-i BƏHANƏ ETDİ

Kurilla çıxışında terror təşkilatı DEAŞ-ı bəhanə edərək, "Çox narahatam, çünki bu, bölgədə qeyri-sabitliyə və Suriyadakı tərəfdaşlarımızın DAEŞ həbsxanalarına nəzarəti itirməsinə səbəb ola bilər. Suriyanın şimalında təxminən 28 həbsxana var."

TERROR TƏŞKİLATLARI İLƏ TEZ-TEZ GÖRÜŞÜR

Mətbuat brifinqində danışan Kurilla həmçinin bildirib ki, son vaxtlar Suriyada bir çox DEAŞ yaraqlısı həbsxanalardan qaçıb. Kurilla Suriyada terror təşkilatı üzvləri ilə ən çox görüşən ABŞ komandirləri arasındadır.

ƏRDOĞANIN ƏMƏLİYYAT SİQNALINA ABŞ VƏ RUSİYADAN REAKSİYA VERDİ

Digər tərəfdən, prezident Ərdoğan ötən həftələrdə Suriyada hərbi əməliyyat siqnalı vermiş, Tel Rıfat və Mənbic bölgələrinə qarşı əməliyyat keçiriləcəyi iddia edilmişdi. Türkiyənin bu açıqlamalarına ABŞ və Rusiya reaksiya verib.

Turkustan.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top