Masallıda dəhşətli qəza: Ana və azyaşlı oğlu öldülər

HADİSƏ 23 dek 2022, 11:32
Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “KİA Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilləri toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə “KİA Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüblər, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top