Metronun “Xocasən” stansiyası AÇILIR

İNFRASTRUKTUR 23 dek 2022, 09:23
Bakı metropoliteninin “Xocasən” stansiyası və “Xocasən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün stansiya və deponun açılışı planlaşdırılır.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Açılışdan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, 2014-cü ildən tikintisi üçün hazırlıqlara başlanılan "Xocasən", metropolitenin sayca 27-ci, Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır.

Stansiya Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşir və Bənövşəyi xətt üçün depo rolunu oynayır. "Bakmil" stansiyasından sonra Bakı metropoliteninin sayca 2-ci yerüstü stansiyası olan "Xocasən"i "Avtovağzal" stansiyası ilə birləşdirən sol tunel 1182 metr uzunluğunda, sağ tunel isə 1112 metr uzunluğundadır. Platformanın uzunluğu 144 metrdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top