AZAL endirimli biletləri satışa çıxardı — Sistem çökdü (FOTO)

SOSİAL 22 dek 2022, 18:21
Xəbər verdiymiz kimi, bu gün AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib.

Demokrat.az
xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib. 

Bu gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarən saytın onlayn satış bölməsi işləməyib. Bu barədə vətəndaşlar sosial şəbəkədə hesablarında məlumat paylaşıblar.

İstifadəçilərdən biri yazıb:

"29 avroluq biletlər qalsın bir kənara, "super" tarifli - 75 avroluq və "starndart" tarifli 55 avroluq biletlərin də izi-tozu görünmədi. Elə özləri elanı verib, özləri də sistemi dondurdu, biletləri aldı və üç-dörd qat baha qiymətə öz şirkətlərinə satdıracaqlar. Adamları da, nə qədər kobud çıxsa "uzaqdan pişiyə əti göstərib gizlədən kimi" şirnikləşdirirlər.

"Buta"nın saytına daxil olmaq istəyənlər, "sistem açılmır", "birtərəfli bilet 270 manat, baqajsız", "bu qədər bileti kim aldı?", "bizi aldatdılar" kimi fikirlərlə naümid və biletsiz qaldılar. Turizm şirkətləri də sabah onların biletlərini od qiymətinə satacaq. Bizim hava yollarının soyğunçu siyasəti beləcə davam edir".

Qeyd edək ki, sözügedən təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa şəhəri üzrə keçərlidir. Biletə əl yükü və baqaj daxil deyil.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top