Talıbovun daha bir düşməni azadlığa çıxır — Məhkəmənin vaxtı bilindi — FOTO

GÜNDƏM 21 dek 2022, 22:45
Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun kassasiya şikayəti üzrə şikayət icraata verilib.

Sabiq nazirin şikayəti Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun icraatına verilib.

Kassasiya şikayətinə baxışla bağlı iclas 2023-cü ilin yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.

Ə.Əhmədovun kassasiya şikayəti üzrə hansı qərarın veriləcəyi şübhə doğurmur - o, MR-in sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov kimi azadlığa buraxılacaq. 

Çünki hər iki şəxs hansısa cinayətlərə görə deyil, Naxçıvan MR-in bu gün istefaya getməyə məcbur olan rəhbəri Vasif Talıbovun şəxsi düşmənləri kimi həbsə atılmışdılar. Talıbov erası bitdiyindən onun düşmənlərinin də həbsdə saxlanmasına zərurət qalmayıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top