“Şərurlu İsfəndiyar” Vasif Talıbovun istefasından DANIŞDI

GÜNDƏM 21 dek 2022, 16:26
"Naxçıvanda Vasif Talıbov artıq 30 ilə yaxındır ki, orada rəhbər işdə işləyir. Doğrudan da işlədiyi vaxtda iz qoydu, Naxçıvan çox gözəlləşdi. Naxçıvanın həyatında çox şey dəyişdi. Bütün yolların qıraqlarında ağaclar əkilib. Mən özüm də tez-tez Naxçıvana gedirəm. Çox böyük dəyişiliklər olubdur". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib. 

“Şərurlu İsfəndiyar” daha sonra bunları əlavə edib:

"Bu insan uzunmüddət işləyib. Yəqin ki, qüsursuz işləyibdir ki, bu günə qədər fəaliyyəti olub. İndi də vaxtı çatıb. Hər bir insan bir gün vəzifəyə gələcək və gedəcək. Ona uzun ömür, can sağlığı arzulaya bilərəm. Gedən haqqında başqa cür danışmaq olmaz, o günahdır. Bu qədər bilirəm, bu qədər deyirəm".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top