Tələbələrin iş tapmağı qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir

SOSİAL 21 dek 2022, 12:09
Bu gün tələbələrimizin iş tapmağı qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.

Demokrat.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, özəl və dövlət sektoru ilə tələbə təcrübə proqramlarının dəfələrlə artırılmasına ehtiyac var.

“İlk növbədə əmək bazarı ilə bağlı şəxsi mülahizələrə deyil, elmi əsaslara söykənən araşdırmalara ehtiyac var. İkincisi, mühüm sualların cavabları bizim xoşumuza gəlsə də, gəlməsə də ona uyğun addımlar atmalıyıq. Üçüncüsü, özəl və dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə təcrübə proqramlarının sayını dəfələrlə artırmağa ehtiyac var. İşəgötürənlər karyera mərkəzi ilə yaxın işləsələr, biz də Nazirlik olaraq hər bir şəraiti yarada bilərik”, - nazir əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top