Putin Ukraynadakı müharibə zonasına gedib — Peskov təsdiqlədi

REGİON 20 dek 2022, 23:10
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ukraynadakı müharibə zonasına (NVO) səfəri ilə bağlı məlumatı təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, bu barədə o, “Rossiyskaya qazeta”ya bildirib.
 

Bundan əvvəl Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Putinin Telegram kanalında “xüsusi əməliyyat zonası”na səfər etdiyini açıqlamışdı. Demişdi ki, Putin “xüsusi hərbi əməliyyat”da iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib. Orada Rusiya Federasiyasının Prezidenti qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib, onların məruzələrini dinləyib.
 

“Əgər o, cümə günü olduğu qərargahı nəzərdə tutursa, bəli”, - Kreml sözçüsü bildirib.


Noyabrda Peskov demişdi ki, Rusiya prezidenti Vladimir Putin “vaxtında” Donbasa səfər edəcək, lakin onun hələlik konkret planları yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top