Dünyaşöhrətli idmançılar Messini təbrik etdilər: “Maradona indi mütləq gülür”

İDMAN 19 dek 2022, 23:35
Dünyaşöhrətli idmançılar Argentinanın 36 ildən sonra futbol üzrə dünya çempionu olması münasibətilə Messini təbrik ediblər.

Demokrat.az
xəbər verir ki, Argentina millisinin tarixi qələbəsindən sonra məşhurlar sosial media hesabından Messinin ünvanına təriflər yağdırıblar.

"Futbol kralı" Pele bunları qeyd edib:

"Futbol, həmişə olduğu kimi bu dəfə də öz füsunkar hekayəsini yazmağa davam etdi. Messi ilk dəfə hər cəhətdən layiq olduğu dünya çempionatını qazandı. Argentinanı təbrik edirəm. Dieqo Maradona indi mütləq gülür".

Daha sonra penalti da daxil olmaqla 4 qola imza atan Embappenin  performasını dəyərləndirən canlı əfsanə onu futbolun gələcəyi üçün "böyük ərmağan" oldugunu bildirib:

Braziliya millisinin əfsanəvi hücumçusu, ikiqat dünya çempionu Ronaldo da öz ürək sözlərini yazıb:

"Messinin varlığı hətta tarixi rəqabətə şahidlik edən Braziliya və Argentina matçlarında da xüsusi yer tutur. Bu həyəcanlı finalda çoxlu braziliyalı və dünyanın hər yerindən insanların Messini dəstəklədiyini gördüm. Bu, bir Dünya kuboku ulduzundan olmaqla yanaşı, bir dövrə kapitanlığını edən dahiyə yaraşacaq vida oldu. Messini təbrik edirəm!" sözlərini  istifadə edib.

"Qalatasaray"ın formasını geyinən argentinalı ulduz Mauro İkardi də dünya çempionun təbrik edərək, həmvətəninin şəninə bunları yazıb:

"Təbrik edirəm Messi, bu kuboka səndən artıq heç kim layiq deyil. Bunun üçün uzun müddət mübarizə apardın və mükafatını aldın. Əməyi keçən hər kəsə təşəkkür edirəm.

Tennisin əfsanələrindən isveçrəli Rocer Federer təbrikində Argentinanın uğuru ilə bağlı fikirlərini bölüşərək "Argentinanın nağılı. Messi mükəmməllik sözünün mənasını yenidən təyin etdi" deyə Messiyə təbriklər ünvanlayıb.

Britaniyalı tennisçi Endi Murrey "Futbolu unudun. Messi bütün zamanların ən böyük idmançısı ola bilərmi? O, inanılmazdır" - deyə təbriklərə qoşulub

Təbrik edənlər sırasında karyerasinda 22 böyük dəbilqə titulunu qazanan ispaniyalı Rafael Nadal, NBA ulduzları Lebron James, Trae Young və Manu Ginobili də daxil olmaqla bir çox basketbolçu da argentinalı ulduza təbrik mesajı göndərib.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top