"Paşinyan Qarabağla bağlı çox ciddi qərar alacaq"

GÜNDƏM 19 dek 2022, 19:59
"Paşinyan keçdiyimiz yeddi gün ərzində iki dəfə Təhlükəsizlik Şurasının iclasını keçirib. Bu da əlbəttə ki, başlıca olaraq Şuşa-Laçın yolunun bağlanması ilə əlaqədardır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib. Politoloq əlavə edib ki,  ilk iclasında hər hansı bir nəticəyə gəlməyən Paşinyan  yenidən iclas toplayaraq bu hadisə ilə əlaqədar olaraq hansısa qərarlar almaq istəyir.

"Təbii ki, iclasda maliyyə naziri  Tiqran Xaçatryan iştirak edir. Maliyyə nazirinin iclasdan sonra baş nazirin müavini təyin olunacağı gözlənilir. Ondan əlavə Ermənistan prezidenti Vaqan Xaçaturyan və parlamentin spikeri Alen Simonyanın də iclasın iştirakçısı olduğunu nəzərə alsaq, bu iclasda ciddi qərarlar alınacağı gözlənilir. Və bu qərarların başlıca olaraq Qarabağda yaşayan ermənilərinə necə yardım göstərmək yönündə olacağını təxmin edirəm".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top