Dostunu qətlə yetirib basdıran qatil həbsdə öldü

KRİMİNAL 19 dek 2022, 17:03
Bakıda məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 

Adam öldürdüyünə görə azadlıqdan məhrum edilən Ziyəddin Seyidov həbsxanada vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, məlum qətl hadisəsi 2020-ci il iyunun 16-da qeydə alınıb.

İtkin düşən Bakı şəhər sakini Nazim Musayevin dostu Ziyəddin Seyidov tərəfindən öldürüldüyü müəyyən edilib.   

Z.Seyidov dostunu öldürdükdən sonra izi itirmək üçün onun meyitini basdırıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top