Messinin Nüsrətə münasibəti sosial mediada gündəm oldu — FOTO/VİDEO

İDMAN 19 dek 2022, 16:03
Xəbər veriyimiz kimi, Argentina Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunun  finalında təyin olunan  penaltı seriyasında Fransanı 4:2 hesabla məğlub edərək dünya çempionu oldu .

Demokrat.az
xəbər verir ki , qarşılaşmanı izləyənlər arasında dünyaca məşhur restoranlar zincirinin sahibi Nüsret Gökçe də yer alıb . 
 
Oyun sonrası meydana daxil olan Nüsrətin Messinin qolundan tutaraq israrla onula şəkil çəkdirməyə çalışması kamerlara tuş gəlib.

Həmin görüntülərdə ulduz oyunçunun ona olan biganə münasibəti və baxışları sosial medianın gündəmini zəbt edib .

Sonda Nusrətin israrlarına dözməyən Messi onunla birgə şəkil çəkdirib. 

Nüsrət isə öz növbəsində həmin şəkli "Adamsın Messi"  notuyla 50 milyonluq “Instagram” hesabından paylaşıb .

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top