İranda hicabını çıxaran 14 yaşlı qızı zorlayıb öldürdülər

REGİON 19 dek 2022, 15:24
İranda 14 yaşlı məktəbli qız hicabını çıxardığı üçün həbs edilib. 

Daha sonra təhlükəsizlik qüvvələrinin nümayəndələrinin cinsi təcavüzü nəticəsində yaranan vaginal yırtıq nəticəsində dünyasını dəyişib. 

Qızın anası isə yoxa çıxıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, bununla bağlı “New York Times” qəzetinin 17 dekabr tarixli sayında “İran qadınlara iffəti qəbul etdirmək üçün cinsi zorlamadan istifadə edir” başlıqlı yazı dərc olunub. Yazıda bildirilib ki, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Məsumə adlı 14 yaşlı məktəbli qızı həbs edib. Tehranın yoxsul məhəllələrindən birində yaşayan və məktəbdə hicabını çıxardığı üçün həbs edilən qızcığaz bir müddət sonra vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb.

Yazının müəllifi Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyasının direktorunun bununla bağlı açıqlamasından sitat gətirib.

“Bu qız məktəbdə quraşdırılmış kameralar tərəfindən müəyyən edilərək həbs olunub. Bir müddət sonra o, vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb. Qız həyatını itirib, anası isə qızının qətlini ictimailəşdirmək istədiyini dedikdən sonra yoxa çıxıb”, - deyə İran İnsan Haqları Kampaniyasının direktorunun verdiyi açıqlamada bildirilib./Oxu.az  

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top