Ağahüseyn Fərzəliyev qəfil vəfat etdi

HADİSƏ 17 dek 2022, 13:00
Salyan rayonunda sabiq vəzifəli şəxs dünyasını dəyişib.

Bu gün axşam saatlarında Ədliyyə Nazirliyinin Salyan Rayon İcra və probasiya şöbəsinin keçmiş rəisi Fərzəliyev Ağahüseyn Qulam oğlu 66 yaşında qəflətən dünyasını dəyişib.

Qeyd edək ki, A. Fərzəliyev 1956-cı ildə Salyan rayonunun Noxudlu kəndində doğulub. Müxtəlif sahələrdə çalışan A. Fərzəliyev rayonda vergilər idarəsinin, sonra Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifələrində işləyib.

Ötən il yaş həddinə görə pensiyaya çıxıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top