BDU-nun BU KORPUSU bağlanır — Tələbələr köçürüləcək

SOSİAL 16 dek 2022, 17:59
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq. 

Demokrat.az
BAKU.WS-ə istinadən xəbər verir ki, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq. 

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetində tədrislərinə davam etdirəcəkləri bildirilir.  

Məsələ ilə bağlı universitetlə əlaqə saxlanılıb. Təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top