Şuşa aksiyasının sonu necə olacaq? — AÇIQLAMA

GÜNDƏM 16 dek 2022, 14:32
“Şuşa-Xankəndi yolunun bağlanmasını zəruri edən əsas səbəb separatçıların Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə istismar etmələri və Laçın dəhlizi vasitəsilə İran əsilli diversantların Qarabağa qanunsuz səfərləridir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bir neçə gündür Şuşa-Laçın yolunun bir hissəsində “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyalarının nəticəsinin necə olacağı haqda danışarkən deyib. Deputat qeyd edib ki, keçirilən aksiyanın son nəticəsi mütləq olacaqdır:

“30 illik işğal dövründə qondarma quruma rəhbərlik edənlər tərəfindən Qarabağın qızıl, mis-molibden yataqlarından xammal Ermənistana daşınmışdır. Xeyrini isə sadə erməni xalqı yox, onlara rəhbərlik edən kriminal rəhbərləri görmüşdür. Hal-hazırki vəziyyətdə isə Qarabağa atılmış “desant” Vardanyan fəallığı ilə seçilir. Son məlumatlara görə, o, Rusiya sülhməramlı kontingentinin komandiri Volkovu da maraqlandırmış və proseslərə qoşmuşdur. Ekoloqlarımızın, qeyri-hökumət təşkilatlarımızın, jurnalistlərimizin keçirdikləri dinc aksiyaların əhəmiyyəti çox böyükdür və müsbət nəticə olana qədər davam etdirilməlidir. Özünü qondarma dövlət elan edənlər isə olduqca narahatdırlar. Bu da o deməkdir ki, lazım olan mesajları almışlar. Nəticə mütləq olacaq!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top