Tovuzda maşın bazara girdi — Ölən və yaralananlar var

HADİSƏ 16 dek 2022, 09:48
Tovuzda ağır yol qəzası baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə rayon ərazisində yerləşən mal-qara bazarında qeydə alınıb. Rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub.

Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz RPŞ-də cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top