AA seriyalı nömrələri kimlər ala bilər? — AÇIQLAMA

SOSİAL 15 dek 2022, 21:32
Əvvəllər AA seriyalı nömrə nişanı olan avtomobilləri görəndə ağlımıza ilk dövlət məmurları, xüsusən deputatlar gəlirdi. Lakin son zamanlar vəzifəli şəxsə aid olmayan avtomobillərdə də belə seriyalara rast gəlinir. Nədənsə, AA seriyalı avtomobilləri idarə edən sürücülər bunu prestij sayırlar. Bəs sadə vətəndaşlar belə seriyalı nömrəni necə ala bilərlər?

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov pravda.az-a deyib ki, AA seriyalı avtomobillər təkcə dövlət qurumlarına aid deyil, həm də özəl sektora məxsusdur. “AA seriyalı nömrələr dövlət qurumlarındakı avtomobillərə, eyni zamanda hüquqi şəxs olan biznes şirkətləri, özəl şirkətlərə verilir. AA, AB, yaxud AC seriyalı nömrələrin heç biri fiziki şəxslərə verilə bilməz, verilmir də…”, - ekspert vurğulayıb.

Avtosfer.az bildirir ki, qanunvericilikdə AA seriyalı nömrələrin konkret kimə verilməsi məsələsi göstərilməyib. Bu məsələ Daxili İşlər Nazirliyinin daxili əmri ilə tənzimlənir və AA, AB, AS, AC və digər seriyalar yalnız dövlət qurumlarına və hüquqi şəxslərə verilir. Rüsumlar isə digər nömrələrdə olduğu kimidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top