Bakıda əcnəbi dilənçilərin sayı artıb — AÇIQLAMA

GÜNDƏM 15 dek 2022, 18:25
Dövlət Miqrasiya Xidməti Bakıda dilənçiliklə məşğul olan pakistanlı və hindistanlıların sayının artmasına münasibət bildirib.

Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən Azərbaycana gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar.

“Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır.

Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür”, - deyə məlumatda qeyd olunub.

Qeyd edilib ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top