“Nankorluq edir, nə səriştəsi, nə bacarığı var…” — Ərdoğan Borreli sərt tənqid etdi

REGİON 15 dek 2022, 17:54
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Ankaranın anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyinə dair bəyanatını ciddi qəbul etmədiyini bildirib.

Demokrat.az xəbər verir ki, Ərdoğana görə, Borrel iki ölkə arasındakı münasibətləri müəyyən edib tənzimləyə bilməz.

“Borreli həmsöhbət kimi qəbul etmirəm. O, ancaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun həmsöhbəti ola bilər. Xoşagəlməz bəyanatdır. Birincisi, Borrel Rusiya ilə münasibətlərimizi müəyyən edə və tənzimləyə bilməz. Onun bu məsələlərlə bağlı qərar qəbul etmək üçün nə səriştəsi, nə də bacarığı var”, – Ərdoğan bildirib.

O, Borreli nankorluqda ittiham edərək, Avropanın qəbul etdiyi taxılın 44 faizinin Türkiyədən gəldiyini xatırladıb.

Qeyd edək ki, Borrel Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrini, eləcə də Ankaranın Qərbin sanksiya siyasətinə qoşulmaq istəməməsini Aİ-də narahatlığa səbəb olduğunu deyib.

Borrel həmçinin qeyd edib ki, Türkiyə ilə Avropa İttifaqı arasında həm mülki, həm də hərbi məqsədlər üçün malların sərbəst hərəkətinə imkan verən gömrük ittifaqı bağlanıb. Bu baxımdan da Ankara Moskvanın Aİ-nin  tətbiq etdiyi sanksiyalardan yan keçməsinə kömək etməməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top