Bakı-Quba yolunda xəsarət alan müəllimlər evə buraxılıblar

HADİSƏ 14 dekabr 2022, 18:54
Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfər (hər biri qadın olmaqla) ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunan 1 nəfər (kişi olmaqla) isə ötən gün əməliyyat olunub, hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsinə davam edilir, vəziyyəti stabildir.

Qeyd edək ki, dünən səhər saatlarında Bakı-Quba yolunda qəza baş verib. Qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top