Xankəndi yolunda etiraz: Əraziyə azərbaycanlı polislər gəliblər — CANLI YAYIM (YENİLƏNİB)

GÜNDƏM 13 dek 2022, 17:16
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri ilə yanaşı, polislər də cəlb edilib.

İştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşılayıblar.

Aksiya hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarları ilə davam edir.

***

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Demokrat.az
xəbər verir ki, bu gün səhər saatlarında Xankəndidə separatçı qüvvələrin nümayəndələri iclas keçirərək, bu aksiya ilə bağlı Rusiya sülhməramlılarına məktub ünvanlayıblar. 

Əldə etdiyimiz məlumata görə, Rusiya sülhməramlıları aksiya ilə bağlı qəti qərar veriblər. Onlar aksiyanın gedişatına müdaxilə etməyəcəklərini bildiriblər./oxu.az
 

10:33

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.


Oxu.Az xəbər verir ki, hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

Aksiya iştirakçıları səsucaldıcılarla “Volkov, cavab ver!”, “Ekoloji terrora son!” şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərdində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Onu da qeyd edək ki, Şuşa-Xankəndi yolunu Rusiya sülhməramlıları bağlayıb. Onlar ZTR və hərbi yük avtomobilləri vasitəsilə həm Laçın istiqamətindən, həm də Xankəndidən gələn yolu bağlayıblar. 


09:53

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Demokrat.az
xəbər verir ki, ekofəallar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkova müraciət ünvanlayıblar.
 

08:20

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.

Demokrat.az
aksiyadan canlı yayımı təqdim edir:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top