Gündəm

Xankəndi yolunda etiraz: Əraziyə azərbaycanlı polislər gəliblər — CANLI YAYIM (YENİLƏNİB)

Xankəndi yolunda etiraz: Əraziyə azərbaycanlı polislər gəliblər — CANLI YAYIM (YENİLƏNİB)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əraziyə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri ilə yanaşı, polislər də cəlb edilib.

İştirakçılar polislərin əraziyə gəlişini alqışlarla qarşılayıblar.

Aksiya hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarları ilə davam edir. ***

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Demokrat.az xəbər verir ki, bu gün səhər saatlarında Xankəndidə separatçı qüvvələrin nümayəndələri iclas keçirərək, bu aksiya ilə bağlı Rusiya sülhməramlılarına məktub ünvanlayıblar.

Əldə etdiyimiz məlumata görə, Rusiya sülhməramlıları aksiya ilə bağlı qəti qərar veriblər. Onlar aksiyanın gedişatına müdaxilə etməyəcəklərini bildiriblər./oxu.az

D
demokrat.az