“Azərbaycan qəti addımlar atmalıdır” — ŞƏRH

GÜNDƏM 12 dek 2022, 23:58
“Ermənistanın hər saatda bir yalan söyləməsi onların milli xüsusiyyətinə uyğun bir məsələdir”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Politoloq qeyd edib ki, sülh prosesi istiqamətində konkret addımların atılması zəruridir.  

“Bu məsələ çox uzandı, artıq ermənilər pozuculuqla məşğuldurlar. Görünür, Ermənistan Fransadan, ABŞ-dan, Rusiyadan, İrandan, Hindistanda aldığı silahlara və vədlərlə arxayınlaşıblar. Buna görə də, hər an pozuculuqla məşğuldurlar. Onlar Qarabağda yaşayan ermənilərin və rusların güvənini almağa çalışırlar. Bununla da, məsələni uzadırlar və o, yenidən dondurulmuş fazaya sürüklənir. Hansı ki, bu da Azərbaycanın maraqlarına cavab vermir. Fikrimcə, Azərbaycan qəti addımlar atmalıdır və bu addımlar sözdən əmələ keçməlidir”. 

Nəzrin 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top