Gürcüstan vətəndaşlığının bərpası üçün müraciət müddəti daha 2 il uzadılacaq

REGİON 12 dek 2022, 20:34
Gürcüstan parlamenti vətəndaşlığını bərpa etmək istəyənlərin ərizələrinin qəbulu üçün son müddətin 2024-cü ilin sonuna qədər uzadılmasını nəzərdə tutan qanuna dəyişiklikləri nəzərdən keçirməyə başlayır.

Demokrat.az bildirir ki, müvafiq qanunvericilik təşəbbüsü parlamentin bürosunun iclasında qeydə alınıb.

Qanun layihəsinin müəllifləri parlamentdən təşəbbüsə qısa zamanda baxılmasını xahiş edir.

Mövcud qanunvericiliyə əsasən, başqa ölkənin vətəndaşlığını qəbul etdiyinə görə vətəndaşlığını itirmiş şəxs bunu qaytarmaq tələbi ilə 2022-ci il dekabrın 31-dək Ədliyyə Nazirliyinə müraciət etmək və ona pasport verilməsini istəmək hüququna malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top