Hacıqabulda avtomobil yük maşınına çırpılıb, ölən və yaralanan var

HADİSƏ 11 dek 2022, 20:33
Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza sonucunda bir nəfər hadisə yerində ölub. Bir nəfər isə Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Əsgər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top