“SSRİ-nin yenidən qurulmasını ancaq beyni olmayan biri arzulaya bilər” — Putinin sözçüsü

DÜNYA 09 dekabr 2022, 23:33
SSRİ-nin yaradılmasının 100 illiyi qeyd edilməyəcək.

Demokrat.az
xəbər verir ki, bunu jurnalistlərə müsahibəsi zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, 1991-ci ildə ləğv edilmiş Sovet Sosialist Respublikaları İttifaqının yaranmasının 100 illiyi ilə bağlı tədbirin olub-olmayacağı ilə bağlı suala “Xeyr, heç bir bayram olmayacaq” şəklində cavab verib.

D.Peskov bildirib ki, SSRİ dövrünün Rusiya tarixində mühüm yeri var. 

Rusiya prezidenti Vladimir Putinin keçmişdə işlətdiyi bir ifadəni xatırladan Peskov “Yalnız ürəyi olmayan biri SSRİ-nin dağılmasına təəssüflənmir, “SSRİ-nin yenidən qurulmasını ancaq beyni olmayan biri arzulaya bilər” deyib. 

Jalə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top