Rusiya yeni ərazilər ilhaq etməyə hazırlaşır? — Kremldən REAKSİYA

REGİON 09 dek 2022, 23:01
"Rusiya Ukraynada yeni bölgələr ilhaq edilməyəcək".

Demokrat.az
xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, gündəmdə belə bir şeyin olmadığını qeyd edib:

"Ən azından bu istiqamətdə heç bir bəyanat verilməyib, amma hələ də mövcud rayonların azad edilməsi üçün görüləsi işlər çoxdur. Rusiyaya yeni qoşulan bəzi rayonlarda işğal olunmuş torpaqların azad edilməsinə ehtiyac var".

"Kiyev administrasiyası istəsə, münaqişəni sabah da bitirəbilər. Ukrayna prezidenti Volodimir Zelenski də bu vəziyyətdən xəbərdardır. Ukrayna tərəfi terror hücumları təşkil etmək siyasətini davam etdirdiyindən təhlükələr davam edir. Lakin alınan məlumatlar göstərir ki, buna qarşı təsirli tədbirlər görülməkdədir" - deyə Peskov əlavə edib. 

Jalə
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top