Rusiya təyyarəsi qəfil eniş etdi

REGİON 09 dek 2022, 20:14

Misirin Şarm əl-Şeyx şəhərindən Perm şəhərinə uçan “Nordwind Airlines” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan az sonra dayanacağa qayıdıb.
 
Demokrat.az xəbər verir ki, bu barədə "TourDom" portalına bu reysin sərnişinlərindən biri məlumat verib.

O, qeyd edib ki, “Boeing 737"  sürət yığmağa başlayıb, daha sonra kəskin əyləci basaraq dayanacağa qayıtmağa məcbur olub. 

Bir saat sonra təyyarədə olan sərnişinlər yenidən hava limanına göndərilib. 

"Uçuş gözləmək üçün təxminən səkkiz saat sərf etdik" deyə o, bildirib. 

Turistin sözlərinə görə, hava limanının əməkdaşları sərnişinlərə Rusiya təyyarəsinin mühərrikində nasazlıq olub.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top