“Fətvası verilən İran hakimiyyəti siyasi cəhətdən sinifdə qalıb”

SİYASƏT 09 dek 2022, 20:00
“Özünü İslam ölkəsi adlandıran İran 30 il işğal dövründə məscidlərdə donuz saxlayan, insan haqqı tapdalayan, faşistlik və barbarlıq edən Ermənistana dəstək çıxıb. Onun Ermənistana gizli yolla dəstək verdiyi də, silah göndərdiyi də heç kəsə sir deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli  deyib. O əlavə edib ki, molla rejimi 44 günlük Vətən savaşında Azərbaycanın qazandığı Zəfər qələbəsini bugünədək həzm edə bilmir. 



“Son bir neçə ayda biz İranda müxtəlif səviyyəli şəxslərin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərin şahidi olduq. Onların rəsmi Bakının ünvanına söylədiyi əsassız ittihamları, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz yükdaşıma cəhdlərinin edildiyini müşahidə etməkdəyik. Təbii ki, bütün bunlar da, bir İslam ölkəsinə yaraşmayan addımlardır.  Ancaq nədənsə, İran hər dəfə bunu özünə yaraşdırmağı bacarır və bunu özünə rəva bilir. İşğalçı Ermənistanla daim sərhədlərini açıq saxlayaraq, bilavasitə Qarabağın işğal altında qalmasına dəstək oldu,sanki bununla da işğala sponsorluq etdi. İran üçün region ölkəsi olaraq Türkiyə faktorunu anlamamaq savadsızlıq və cahillikdir. İran bugünədək anlamayıb ki, Azərbaycan kiminlə və hansı səviyyədə əməkdaşlıq etməsini ona məruzə edəcək ölkələr səviyyəsində deyil. Bütün bu proseslər də, fətvası verilən İran hakimiyyətinin nə qədər siyasi cəhətdən sinifdə qaldığını göstərir”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top