Ali Məhkəmədə Zaur Mirzə-zadənin şikayətinə baxıldı — Bakı Appelyasiya Məhkəməsinin qərarı ləğv olundu

KRİMİNAL 09 dek 2022, 17:47
Xalq.az və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin direktoru olan Zaur Mirzə-zadə Aygün Tarverdiyeva adlı qadının yalan və böhtan xarakterli şahidliyinə əsasən 2015 – ci ildə Sultanəli Qurbanovun bir qrup şəxs barəsində şikayəti əsasında başladılan cinayət işinə 2021- ci ildə cəlb edilmişdir.

Jurnalist Zaur Mirzə-zadə haqqında 8 oktyabr 2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təkzibolunmaz sübütlarla bəraət hökmü verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov təhrifolunmuş faktla,  heç bir hüquqi sübuta söykənməyən əsasla onu 5 il azadlıqdan məhrum edərək ədalətsiz qərar vermişdir. 7 dekabr 2022 -ci il tarixində Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə jurnalist Zaur Mirzə-zadənin kassasiya şikayətinə baxılıb.

Məhkəmə prosesi bitəndən sonra jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev açıqlamasında bildirib ki, Zaur Mirzə-zadənin həbsi ilə bağlı Bakı Appelyasiya  Məhkəmənin hökm qərarında əsaslandırılan fikirlər doğru olmayıb. Biz Bakı Appelyasiya Məhkəməsinin hökmünü qanunsuz hesab edirdik.  Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə Bakı Appelyasiya məhkəməsinin 17 may 2022-ci il üçün qərarının Zaur Mirzə-zadəyə aid olan hissəsi ləğv edildi və işə yenidən baxılması üçün Appelyasiya Məhkəməsinə göndərildi. Çünki Appelyasiya Məhkəməsinin qərarında göstərilən əsaslar   işin mahiyyətinə uyğun deyildi. Məhkəmə qərarını  hüquqi əsası olmayan mesajlara əsasən verib.  Halbuki həmin mesajların cinayət işinə heç bir aidiyyatı yoxdur. Biz dəfələrfə açıqlamamızda bunu bildirmişdik.  Zaur Mirzə-za ə günahsızdır.

Bakı Appelyasiya Məhəməsinin hakimi  Faiq Qasımov ibtidai istintaqın gəldiyi nəticəni hökmə köçürərək ədalətsiz qərar vermişdir.  Ali Məhkəmənin hüquqi əsasla qərarı ləğv etməsi buna dəlalət edir ki, Z. Mirzə-zadə şərlənərək həbs olunub və heç bir hüquqi əsası olmadan cəzalandırılıb. Jurnalist Zaur Mirzə-zadə 8 aydır şər-böhtana uğrayaraq əsassız qərarla məhkum olunur.

Sonda vəkil bildirib ki, Zaur Mirzə-zadə qanunlarımızın aliliyinə, ədalətin bərqərar olunaraq, bəraət alacağına və günahkarların hüquqi cəzalandırılacağına inanır.      

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top