Qətlə yetirilən 16 yaşlı Turalın valideynləri arasında münaqişə — Nə baş verir?

KRİMİNAL 09 dek 2022, 14:01
Ötən ay qətlə yetirilən 16 yaşlı cüdoçu Tural Rüstəmovun anası Sevinc Xəlilova zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmayıb.

Demokrat.az
Sfera-ya istinadla xəbər verir ki, S. Xəlilovanın vəkili Mehman Muradlının sözlərinə görə, buna səbəb olaraq atası Rəsulov Zəkinin daha tez müraciət etməsi göstərilib:

“Atanı nə vaxt hüquqi varis kimi qəbul etdiklərini soruşduqda, dekabrın 5-i tarixini göstərdilər. Ancaq ayın 5-i mən də ərizə vermişdim, müstəntiq orada yox idi. Həmin gün dəfələrlə müstəntiqin iş otağına zəng etmişdim, gəlmədiyini bildirmişdilər.

Müstəntiq işdə olmadığı halda atanı necə hüquqi varis kimi tanıya bilər? Mənə deyir ki, siz ayın 5-i ərizə versəniz də, mənə dəftərxanadan ayın 6-da çatdırılıb. Ancaq mən dəftərxana ilə ayın 6-sı da, 7-si də əlaqə saxlamışdım. Mənə ərizənin təqdim olunduğu deyilirdi. Dəfələrlə zəng etsəm də müstəntiqlə əlaqə yarada bilmirdim.”

Vəkilin sözlərinə görə, Sevinc Xəlilova və Zəki Rəsulov ayrıldığından mərhum Tural Rüstəmov 1 yaşından anası Sevinc Xəlilovanın himayəsində olub: “Ayrı-ayrı yerlərdə yaşayıblar. Ata faktiki olaraq öz valideynlik hüququnu həyata keçirməyib. Ailə Mingəçevirdə kirayədə yaşayıb və ata onlarla maraqlanmayıb”.

O da məlum olub ki, Sevinc Xəlilova Zəki Rəsulovla 15 yaşında ailə qurub. 17 yaşında ilk övladları, 19 yaşında isə ikinci övladı mərhum Tural Rüstəmov dünyaya gəlib. Turalın bir yaşı olanda Zəki Sevinci evdən qovub və Sevinc ata evinə sığınıb. Bir il sonra qadın məhkəməyə boşanma ərizəsi verib və 2008-ci ildə rəsmi olaraq ayrılıblar. Sevinc Mingəçevirdə işləyib və oğlu Tural da Mingəçevirdə məşqlərə getdiyindən ana və övladı hər gün Yevlaxldan Mingəçevirə getmək məcburiyyətində qalıblar. Sonradan isə Turalın məşqləri intensiv hal aldığından Mingəçevirdə kirayədə yaşamağa başlayıblar. Ata Zəki Rəsulov isə hər uşağa 100 manat olmaqla övladlarına 200 manat aliment ödəyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top