Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı QƏBUL EDİLDİ

SOSİAL 09 dek 2022, 11:43
Milli Məclisin iclasında “Azərbaycanda “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Demokrat.az
-ın məlumatına əsasən, layihələr səsə qoyularaq qəbul olunub.

2023-cü il üçün ehtiyac meyarının məbləği cari ildəkinə nisbətən 23 faiz və ya 46 manat artırılaraq, 246 manat məbləğində nəzərdə tutulub

Bu o deməkdir ki, növbəti ildə yaşayış minimumu ilə ehtiyac meyarının məbləğləri ilk dəfə olaraq bərabərləşdiriləcək və hər ikisi 246 manat təşkil edəcək.

Azərbaycan hökuməti və parlamenti bunu sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi kimi xarakterizə edir./oxu.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top