İtaliya Ukraynaya 50 tondan çox elektrik avadanlığı tədarük edib

DÜNYA 06 dek 2022, 00:21
“İtaliya Ukraynaya təkcə silah deyil, eləcə də 51 ton çox elektrik avadanlıqları, transformatorlar, bir çox texnoloji cihazlar tədarük edib”.

Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib.

O, İtaliyanın Ukraynaya böyük yardım göstərdiyini vurğulayıb: “Bu mənada Ukrayna hökuməti şikayət etməyib”.

Xatırladaq ki, bu ilin yazında İtaliya parlamenti Ukraynaya hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib. Ötən həftə isə bu ölkənin hökuməti hərbi yardımın 2023-cü ilə qədər uzadılmasını nəzərdə tutan fərmanı imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top