DÇ-2022: Portuqaliya uduzdu, Uruqvay qrupda qaldı

İDMAN 02 dek 2022, 21:17
Futbol üzrə ikiqat dünya çempionu Uruqvay pley-offa yüksələ bilməyib.

Demokrat.az
-ın xəbərinə görə, "H" qrupunun son oyununda qrupdan çıxmağı təmin edən Portuqaliyanın Cənubi Koreyaya uduzması, cənubi amerikalıların planlarının üstündən xətt çəkib. 

Portuqaliya ilə matç zamanı hesabda geriyə düşən koreyalılar qalibiyyət (2:1) sayəsində 4 xalla qrup ikincisi kimi növbəti mərhələyə yüksəlməyi bacarıblar. Uruqvay isə mundialı sürpriz şəkildə tərk edib. 
Cənubi amerikalılar da Qana üzərində 2:0 hesablı inamlı qələbə sonra 4 xal əldə edib. Hətta Uruqvayla Cənubi Koreyanın top fərqi də eyni olub (4:4 - 2:2). 

Sadəcə, daha çox qol vuran asiyalılar olduğundan, 1/8 final mərhələsində oynamaq hüququnu onlar qazanıblar.  


DÇ-2022, qrup mərhələsi
III tur


2 dekabr
 H qrupu
19:00. Qana - Uruqvay - 0:2
Qollar: Arraskaeta, 26, 32

19:00. Cənubi Koreya - Portuqaliya - 2:1 
Qollar: Horta, 5 (0:1), Yunq Qvon, 27 (1:1), Hvan Hi, 90+2 (2:1)

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top