Kapitan polis rəisinə müavin təyin edildi

SOSİAL 02 dek 2022, 20:35
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin edib.

"Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə polis kapitanı Rauf Allahverdiyev Qaradağ RPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. O, bu təyinatadək Səbail RPİ-nin Post-Patrul bölməsinin rəisi vəzifəsini tutub.

Qeyd edək ki, Qaradağ RPİ rəisinin keçmiş müavini polis polkovniki Oktay Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top