Dünya

Ukraynada böyük məhbus mübadiləsi baş tutdu

Ukraynada böyük məhbus mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi prosesi baş tutub.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermak Ukraynanın daha 50 müdafiəçisininazad edildiyini açıqlayıb.

"Biz Mariupol və Azovstalın müdafiəçilərini, Yelenovkada olan məhbusları, yaralıları, o cümlədən Donetsk, Luqansk, Zaporojye istiqamətlərində döyüşlərdə olanları geri qaytarırıq"- deyə o,Teleqram kanalındayazıb .

"Biz daha bir böyük əsir mübadiləsi həyata keçirdik. Ukraynanın 50 müdafiəçisini azad etdik", - Yermak vurğulayıb.

O qeyd edib ki, bu, hər gün davam edən böyük bir işdir.

"Biz sonuncu ukraynalı azad olunana qədər işləyəcəyik. Müharibə əsirlərinin müalicəsi üçün Koordinasiya Qərargahına təşəkkür edirik. Hamı evdə olacaq",- Yermak yazıb.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova