Azərbaycan bazarına yeni Pakistan bankları daxil ola bilər

İQTİSADİYYAT 01 dek 2022, 20:15
Pakistan Milli Bankı Bakıdakı filialını bağlasa da, digər Pakistan banklarının Azərbaycan bazarına marağı var və onlar burada filial açmaqla bağlı danışıqlar aparır.

Bunu “Report”a açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin deyib.

Bundan başqa, onun sözlərinə görə, iki ölkə sığorta sahəsində də əməkdaşlıq edə bilər:

“Azərbaycan və Pakistanın sığortaçılar assosiasiyaları arasında danışıqlar gedir. Onlar Anlaşma Memarandumu imzalaya və əməkdaşlıq edə bilər. Sığorta xidmət sektorunun böyük hissəsini təşkil edir. Dekabrda bununla bağlı görüşün keçirilməsi planlaşdırılır”.

“Pakistanın lizinq şirkətləri də Azərbaycanda fəaliyyətə maraq göstərir. Bununla bağlı görüşlər isə gələn ilin fevral ayına nəzərdə tutulub”, - deyə Xurram Javaid Bhattin əlavə edib.

Xatırladaq ki, hazırda Azərbaycanda Pakistanın “MCB Bank”ının törəməsi - “MCB” QSC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir. Pakistan Milli Bankı isə Azərbaycan bazarını tərk etməyə bu ilin oktyabr ayında qərar verib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top