Peskov: Rusiya Avropa ilə yeni əlaqələr quracaq

DÜNYA 26 apr 2024, 17:35
“Avropa ölkələri ilə gələcəkdə yeni təməllər üzərində əlaqələr quracağıq”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya Avropa üçün təhlükə yaratmır:

“Ümid edirik ki, Avropa da Rusiya Federasiyası üçün təhlükə yaratmayacaq. 

İstənilən halda biz avropalılarla necə bir yerdə yaşayacağımız barədə razılaşmalıyıq. 

Aydındır ki, bu razılaşmalar yeni münasibətlərə əsaslanacaq. Hər halda biz avropalılarla ortaq nöqtədə razılaşmalı olacağıq”.

Qeyd edək ki, Peskov həmçinin, Rusiya prezidenti Vladimir Putinin may ayında Çinə səfər edəcəyini və bu səfərə hazırlıq prosesinin son mərhələyə çatdığını bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top