Ərdoğan: "Türkiyə HƏMAS-ın atəşkəsə dair təklifi qəbul etməyə hazır olmasını alqışlayır"

GÜNDƏM 06 may 2024, 23:30

Türkiyə HƏMAS-ın İsrail ilə atəşkəs rejimini qəbul etməyə hazır olmasını alqışlayır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, “artıq eyni addım İsrail tərəfindən də atılmalıdır”.

Ərdoğan, həmçinin, Qərb ölkələrini də bu məsələdə İsrailə təzyiq göstərməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top